Saytımızı qiymətləndirin


 
 

FHN-in Tərtər rayon Dövlət Yanğından Mühafizə hissəsinin şəxsi heyətinə fəxri fərmanlar təqdim olunub - FOTO
Tarix: 04-02-2021 | Saat: 16:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqı cəbhəboyu zonada xidmət edən FHN əməkdaşları ilə daha bir görüş keçirib.

Qarabaqinfo.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, budəfəki görüş FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Tərtər rayon Dövlət Yanğından Mühafizə hissəsində təşkil olunub.

Yanğından Mühafizə hissəsinin şəxsi heyəti qarşısında çıxış edən FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun gücü sayəsində qazanılan tarixi Zəfərdən söhbət açıb. Bildirib ki, işğal altında olan ərazilərinin azad edilməsi hər zaman Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olub. Ötən dövr ərzində Azərbaycan münaqişənin sülh yolu ilə həllinə üstünlük verib. Eyni zamanda, ölkənin iqtisadi inkişafı və ordu quruculuğu da xüsusi diqqətdə saxlanılıb. Ordumuz ən müasir hərbi texnika və silahlarla təchiz edilib. Həmçinin, gənc nəslin vətənpərvər ruhda yetişməsinə də böyük əhəmiyyət verilib. Ötən il sentyabrın 27-də düşmən təxribatının qarşısının alınması məqsədilə başlanan əks-hücum əməliyyatı qısa zamanda ordumuzun qələbəsi ilə başa çatdı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti, düşünülmüş siyasəti və ordumuzun qəhrəmanlıq əzmi sayəsində azad edildi.

M.İsmayılov bildirib ki, Tərtər rayonu Vətən müharibəsi dövründə daha çox artilleriya atəşlərinə məruz qalıb. DYMX Tərtər rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları düşmənin atəşləri nəticəsində baş verən yanğınların söndürülməsi, dağıntıların aradan qaldırılması və insanların xilas olunması ilə bağlı üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəliblər.

Görüş çərçivəsində Tərtər rayon Dövlət Yanğından Mühafizə hissəsinin şəxsi heyəti FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb

 

 

 



Xəbəri paylaş

1435 dəfə oxunub.

Digər xəbərlər