Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın 3 ərazisi Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemi kimi qeydiyyata salınacaq
Tarix: 04-02-2021 | Saat: 14:04
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycanın 3 ərazisi Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemi kimi qeydiyyata salınacaq

Azərbaycanın Şimal-Qərb bölgəsində 3 ərazi Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemi (GIAHS) kimi qeydə alınacaq.

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) Qarabaqinfo.az-a verilən məlumata görə, Avropa İttifaqının maliyyə dəstəyi ilə FAO-nun həyata keçirdiyi “Azərbaycanın Şimal-Qərb bölgəsində dayanıqlı və inklüziv yerli kənd təsərrüfatı və qida sistemlərinin inkişaf etdirilməsi” Layihəsi çərçivəsində bölgədə GIAHS tələblərinə cavab verən məntəqələr seçiləcək.

Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemləri kənd təsərrüfatı biomüxtəlifliyini, möhkəm ekosistemi və dəyərli mədəni irsi birləşdirən mənzərəli məkanlardır. İqlim dəyişikliyinə tab gətirən bu ərazilərdə ənənəvi kənd təsərrüfatı təcrübələri sayəsində aqrar biomüxtəlifliyi qoruyan dayanıqlı ekosistemlər formalaşıb. GIAHS ərazisi kimi qeydə alınmaq bölgənin hazırkı və gələcək qida təhlükəsizliyi, əhalinin dolanışıq vəziyyətinin təminatı, eləcə də digər iqtisadi və ətraf mühit məhsul və xidmətlərinin inkişafı üçün böyük əhəmiyyətə malikdir



Xəbəri paylaş

1318 dəfə oxunub.

Digər xəbərlər
19-05-2022, 11:26 Metroda problem yaranıb