Saytımızı qiymətləndirin


 
 

Səfirlik: Fransa regionda davamlı sülhün yaradılmasına sadiqdir
Tarix: 02-02-2021 | Saat: 11:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Səfirlik: Fransa regionda davamlı sülhün yaradılmasına sadiqdir

“Fransa tarixi öhdəliklərinə sadiqdir və regionda davamlı sülh yaradılmasına tam səfərbər olaraq qalır”.

Qarabaginfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanın Azərbaycana səfərinini yekunu ilə bağlı bəyanatında deyilir.

Xatırladaq ki, fransalı diplomat yanvarın 26-27-də Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilib, habelə Azərbaycanın xarici işlər, iqtisadiyyat, maliyyə, mədəniyyət və təhsil nazirləri ilə görüşlər keçirib. Dövlət katibi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi imkanları, habelə əməkdaşlıq perspektivləri və regional iqtisadi inkişaf barədə fikir mübadiləsi aparıb.

O, həmçinin Fransa şirkətlərinin nümayəndələri ilə görüşüb, Bakıdakı Fransız Liseyinin müdiri və Fransa-Azərbaycan Universitetinin direktoru ilə söhbət edib.

Jan Batist Lömuan Bakıdan İrəvana gedib, orada baş nazir Nikol Paşinyan, XİN başçısı Ara Ayvazyan və digər rəsmi şəxslərlə görüşlər keçirib.



Xəbəri paylaş

2311 dəfə oxunub.

Digər xəbərlər