Saytımızı qiymətləndirin


 
 

Nazir azərbaycanlı dənizçinin nəşinin ölkəyə gətirilməsində köməyə görə Türkiyəyə təşəkkür edib
Tarix: 27-01-2021 | Saat: 14:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Nazir azərbaycanlı dənizçinin nəşinin ölkəyə gətirilməsində köməyə görə Türkiyəyə təşəkkür edib

Bu ilin 27 yanvar tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Qarabaqinfo.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov dəniz quldurlarının hücumuna məruz qalmış gəmi heyətinin öldürülmüş azərbaycanlı üzvünün nəşinin vətənə gətirildiyini qeyd edərək, bu müddət ərzində məsələnin xüsusi diqqətdə saxlanılması, əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçirilməsi və göstərdiyi yardıma görə qardaş Türkiyədən olan həmkarına təşəkkürünü bildirib.

Nazir, həmçinin gəmi heyətinin əsir götürülmüş 15 üzvünün taleyi ilə, həyata keçirilən xilasetmə tədbirləri ilə maraqlanıb və sözügedən Türkiyə vətəndaşlarının tezliklə ölkələrinə geri qayıtmalarını arzu edib.




120 dəfə oxunub.

Digər xəbərlər