Saytımızı qiymətləndirin


 
 

Vətən müharibəsində şəhid baş leytenant Qubada dəfn edilib
Tarix: 23-01-2021 | Saat: 13:12
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Vətən müharibəsində şəhid baş leytenant Qubada dəfn edilib

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan zabiti Rəhim Mikayılov ilə Quba rayonunun 2-ci Nügədi kəndində vida mərasimi keçirilib.

Qarabaginfo.az xəbəri verir ki, vida mərasimində şəhidin yaxınıları ilə yanaşı Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Vida mərasimindən sonra şəhid baş leytenent kənd qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, baş leytenant Mikayılov Rahim Qabil oğlu 1990-cı ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edərək zirvəyə Azərbaycan bayrağı sancan hərbçilərədn biri olub.

Oktyabrın əvvəlindən zabitlə əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmasa da, sonradan onun şəhid olduğu təsdiqlənib.

R.Mikayılov, ailəlidir. İtkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib. (Report)



Xəbəri paylaş

336 dəfə oxunub.

Digər xəbərlər