
Türkiyənin müxalifət partiyası prezident seçkisində Ərdoğanın namizədliyini dəstəkləyəcək
Tarix: 08-01-2018 | Saat: 14:38
Bölmə:Karusel / Dünya | çapa göndər
776 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-01-2018 | Saat: 14:38
Bölmə:Karusel / Dünya | çapa göndər
“Prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləmək barədə qərar qəbul edəcəyik”.
"Qarabaginfo" “Report”a istinadən xəbər verir ki, bunu müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Ankarada keçirdiyi mətbuat konfransında deyib.
Ölkənin Böyük Millət Məclisində təmsil olunan dörd partiyadan biri olan və 2002-dən indiyədək hakim Ədalət və İnkişaf Partiyasına qarşı müxalifət mövqeyindən çıxış edən D.Bahçeli bildirib ki, MHP prezidentliyə namizəd irəli sürməyəcək: “Konstitusiya islahatı ilə bağlı referendumda birlikdə hərəkət etdik. Bunun Türkiyənin xeyirinə olacağına inanırdım və nəticəsi də gözlədiyimiz kimi oldu. Prezident seçkisində də bir mövqedən çıxış etməyin Türkiyənin xeyrinə olacağını düşünürəm.
MHP-nin prezidentliyə namizdi yoxdur, partiyanın sədri namizəd olmayacaq. MHP parlament seçkilərində ya ittifaq halında, bu olmazsa, özü təkbaşına iştirak edəcək. Prezident seçkisində isə Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyi qərara alacağıq”.
Qeyd edək ki, Türkiyədə prezident seçkisinin 2019-cu il noyabrın 3-də keçiriləcəyi gözlənilir.
Xəbəri paylaş
Digər xəbərlər
7-07-2022, 12:45
Sabah Bakıda külək olacaq, rayonlarda yağış yağacaq
27-10-2020, 17:57
Çavuşoğlu və Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
21-10-2022, 09:24
Allahşükür Paşazadə: “Erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni müsibət və faciələr hazırlayır”
23-06-2022, 10:20
Azərbaycan pilotları “Anadolu Qartalı - 2022” təlimində tapşırıqları uğurla icra ediblər
6-08-2025, 14:21
Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları təsdiq edilib
18-09-2021, 14:12
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi: “Məqsəd Şuşanı ən qısa müddətdə yaşayış üçün yararlı hala gətirməkdir”
22-11-2017, 13:17
“Azərbaycanda qiymət qalxdısa, enməsi çətin olur...”
21-11-2021, 22:52
Şahin Mustafayev İranın Xarici işlər naziri ilə görüşüb

















