Saytımızı qiymətləndirin


 
 

Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi imzalanıb
Tarix: 19-01-2021 | Saat: 17:03
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi imzalanıb

Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi imzalanıb.

Nazirlər Kabinetindən Qarabaginfo.az-a verilən məlumata görə, sənəd üç ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət müvafiq İşçi Qrupun videokonfrans formatında görüşü zamanı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Əfqanıstan Mərkəzi Bankının sədri vəzifəsini icra edən Əcmal Əhmədi və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bayramgeldi Ovezov tərəfindən imzalanıb.

Görüşdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin 2020-ci il iyulun 2-də videokonfrans vasitəsilə keçirilmiş görüşü zamanı Azərbaycanın dövlət başçısının irəli sürdüyü təşəbbüsə əsasən Azərbaycan tərəfindən üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi layihəsinin hazırlandığını qeyd edib. Layihənin razılaşdırılması məqsədilə müvafiq İşçi Qrupun və hər sahə üzrə müvafiq alt qrupların yaradıldığı, intensiv və məhsuldar müzakirələrin aparıldığı, silsilə tədbirlərin həyata keçirildiyi vurğulanıb.



Xəbəri paylaş

329 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70