Saytımızı qiymətləndirin


 
 

Ermənistan parlamenti Qarabağa dair üçtərəfli bəyanatın ölkə qanunlarına uyğunluğu məsələsini gündəliyə salmayıb
Tarix: 18-01-2021 | Saat: 12:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan parlamenti Qarabağa dair üçtərəfli bəyanatın ölkə qanunlarına uyğunluğu məsələsini gündəliyə salmayıb

Ermənistan parlamenti bu gün keçirdiyi iclasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatının qanuniliyi və Ermənistan qanunlarına uyğunluğu məsələsini gündəliyə salmaqdan imtina edib.

Qarabaginfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, məsələnin gündəliyə salınmasının lehinə 40, əleyhinə 73 deputat səs verib, qərar qəbul olunmayıb.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatının qanuniliyi və Ermənistan qanunlarına uyğunluğu məsələsinin gündəliyə salınmasının təşəbbüskarı müxalif “Çiçəklənən Ermənistan” fraksiyası olub.

Parlamentdə 132 yerdən 84-nə sahib olan hakim “Mənim addımım” partiyası isə bunun əksinə çıxış edib, bildirib ki, parlamentin məlum məsələni müzakirə etmək hüququ yoxdur.



Xəbəri paylaş

293 dəfə oxunub.

Digər xəbərlər