Çempionlar Liqasının finalı Bakıda keçiriləcək? - AFFA-dan AÇIQLAMA
Tarix: 19-09-2017 | Saat: 17:19
Bölmə:İdman | çapa göndər

2019-cu ildə UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının turnirlərin final oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə əlaqədar AFFA-nın UEFA-ya müraciəti ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasında qəbul olunacaq.
Qarabağinfo.az trend-ə istinadən bildirir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O qeyd edib ki, prosedur qaydalara uyğun olaraq, AFFA tərəfindən bütün tender sənədləri lazımi qaydada hazırlanaraq, UEFA-ya təqdim olunub:
"Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə UEFA-nın mənzil-qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub. Bu gün UEFA-da Yüksək İdarə Heyətinin iclası (TEP) keçirilir. Görüşdə AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birlikdə iştirak edirik. Sabah isə UEFA-nın Cenevrə şəhərində İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq. Buna baxmayaraq, bəzi KİV-də qərarla bağlı müxtəlif məlumatlar yazılır. Qeyd etmək istərdik ki, İcraiyyə Komitəsinin qərarı olmadan bu barədə hər hansı fikir bildirmək düzgün deyil".
825 dəfə oxunub.
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-04-2025, 17:01
Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub - SƏRƏNCAM
2-11-2020, 15:10
Azərbaycanda son sutkada 596 nəfər COVID-19-a yoluxub, 322 nəfər sağalıb, 13 nəfər vəfat edib
26-12-2022, 13:32
Mixail Qusman İlham Əliyevi təbrik etdi
22-04-2024, 13:09
KTMT baş katibi Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edib
4-07-2024, 22:28
KİV: Orban Kiyev səfərindən sonra Moskvaya getməyi planlaşdırır
13-10-2025, 13:13
Ookla: Azərbaycanda internet provayderlərinin fəaliyyətinin tənzimlənməsi imkanları məhduddur
3-06-2025, 14:00
Hava şəraiti ilə əlaqədar “Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirib