Tarix: 06-04-2023 | Saat: 15:28
Bölmə:Yazar | çapa göndər
Din siyasi münasibətləri və İslamın hakim din olduğu cəmiyyətlərin quruluşu ilə bağlı fərqli fikirlər mövcuddur. Həyatın müxtəlif sahələrində Qurani-Kərimin açıqladığı prinsiplərdən siyasi sahəyə dair bəzi nəticələr çıxarmaq olar. İslama görə insanlar arasında yeganə üstünlük meyarı Allaha qarşı məhsuliyyət duyğusu və elmdir. Bu isə yalnız fərd ilə Allahu təala arasinda olan bir məsələdir. İrqi, dini, milli -mənsubiyyət, maddi cəhətdən varlı və ya kasıb olmaq hec bir halda Allahu təala dərgahında üstünlüyü müəyyən edə bilməz. "Ey insanlar, biz sizi bir kisi və bir qadından yartdıq. Sonra bir -birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız, Allahdan ən çox qorxanınızdır. Həqiqətən Allah biləndir, Allah xəbərdardır" (Hucurat 13).
Cəmiyyətdə siyasi münasibətlərin daha yaxsı qurulması üçün müzakirə və məsləhətləşmələrin aparıldığı bir məclisin qurulması əsas şərtdir. "O kəslər ki, Rəbbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məsləhət -məşvərətlə görərlər". İslama görə, bütün işlər öz əhlinə verilməli, bununla yanaşı heç bir kəs heç bir işə kor -koranə yanaşmamalıdır. "Haqqında dəqiq məlumat olmayan bir şeyin arxasınca düşmə. Çünki göz, qulaq və qəlb bunlar hamısı məhsuliyyət daşıyır". İslam dini Cəmiyyətin idarə olunması üçün insanlara ümumi prinsipləri və dövrün tələblərini nəzərə almaq səlahiyyəti verilmişdir.
Dinin siyasi məqsədlərə alət edilməsi siyasətlə məşğul olanların dinin müqəddəsliyindən yararlanaraq, cəmiyyəti nəyəsə inanmağa məcbur etməkdir. İslam dininə görə bir insan yalnız Uca Allahın və Həzrəti Peyğəmbərimizin (s.a.s).ortaya qoyduğu gerçekliklərlə itaət etmək məcburiyyətindədir. Quran kor- koranə inanmanı rədd edir.
Siyasi tələblərin din adı altında irəli sürülməsi İslam cəmiyyətində həmişə qarşıdurmalara, ixtilaflara səbəb olmuşdur. Azərbaycan dövləti də Ulu Öndər Heydər Əliyevin təşəbbüskarlıqları ilə müəyyən dini səviyyəyə çatmışdır. Ümumilli Lider Heydər Əliyev cəmiyətimiz arasında müxtəlif dini inancların mövcud olduğunu nəzərə almış və dini tolerantlıq ənənələrini yaşatmağa çalışmışdır. Heydər Əliyev dəfələrlə qeyd etmişdir: "Gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və omdan istifadə etməlidirlər. Biz heç vaxt imkan verə bilmərik ki,ayrı-ayrı şəxslər və qüvvələr öz şəxsi mənafelərini güdərək ,İslam dini pərdəsi adı altında Azərbaycan gənclərinin tərbiyyəsini və mənəviyyatını zədələsinlər. Ümummilli lider qeyd etmisdir: "Bizim konstitutiymiza görə dünyəvi dövlət qurulur. Din dövlətdən ayrıdır. Din incə bir materiyadır. Din, milli mənəvi sərvətimizdir". Tarixən də sübut edilib ki dinə söykənməyən, dini dəyərlərə yer verilməyən ideologiylar nəticəsiz olur. Dini dəyərlərin sabit tutulduğu cəmiyyət isə ümidvericidir. Heydər Əliyev milli dini kadırların yetişdirilməsində, dini marifləndirilməsində daxili potensialdan istifadə olunmasına diqqət yetirirdi. Çunki o, xarici dairələrin din pərdəsi adı altında öz maraqlarını təmin etmək niyyətini nəzərə alırdı. XlX əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycanı işğal etməsi ölkədə dini inkişafı nisnətən zəiflətmişdi. İki əsr ərzində Azərbaycanda əhamiyətli dini təhsil müəsisəsi olmamışdır. Azərbaycanlılar dini ali təhsillərini Qum, Nəcəf, İstanbul, Qahirə və Mədinə kimi şəhərlərində alırdılar. Sovet dövründə yalnız XX əsrin 70 ci illərindən etibarən Azərbaycanlılar Buxara mədrəsəsində və Daşkənd İslam institutunda dini təhsil almaq hüququ əldə etmişdilər. Sovet dövlətinin ideloqlari SSRİ də yaşayan xalqları bir bayraq altına yığıb, dinsiz bir cəmiyyət kimi formalşdırmağa cəhd edirdilər. Dilsiz xalq olmadığı kimi dinsiz xalq da yoxdur. Təxminən 2 əsrlik müstəmləkə dövründən sonra milli mənəvi dəyərlərə qayıdış uzun və çətin bir proses idi. Cəmiyət həyatinda din həmişə aparıcı qüvvə olaraq qalacaqdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ciddi addimlar atmışdır. Bakı İslam Universiteti, onun bölgələrdəki flialları, Bakı Dövlət Universiteti nəznində İlahiyyat fakultəsi, müxtəlif dini mədrəsələr və dini mərkəzlər açılmışdır. Heydər Əliyev siyasəti nəticəsində bu təhsil ocaqlarının fəaliyətlərinin gücləndirilməsi və genişləndirilməsi üçün böyük zəmin yaranmışdır.
1998-ci ildə keçrilən "İslam svilzasiyası Qafqazda” tarixi konfransi Qızıl hərflərlə yaddaşlara düşmüsdür. Ulu öndər Heydər Əliyev burada qeyd etmisdir. "İslam mədəniyyətini Qurani Kərimdə olduğu kimi qəbul edirik, Onlarin təhrif olunmasi, dini dillə desək günahdir". Heydər Əliyev İslami dəyərlərimizin təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda yayılmasının və Azərbaycanın mərkəz olmasının zəruriliyinə inanan şəxsiyyət idi. "Tarixi gercəkliklərə görə Azərbaycandan şimalda yasayan xalqlar islamı XVI əsrdə qebul etmisler. Ancaq Azərbaycan xalqı hələ Vll əsrdə islamı qəbul etmisdir. Bütün bunlara görə Azərbaycanın Qafqazda araşdirma mərkəzi ola biləcəyinə inanıram". Heydər Əliyevin xalqımız qarşısında böyük xidmətlərindən biri də xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığı inkisaf etdirərək dövlətin nəzarəti altına almasıdır. Vətəndaslarımızın vicdan azadlığı geniş şəkildə kostitusiyamızın 48 maddəsində "Dini etiqat azadlığı" da öz eksini tapmışdır.Hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq , dini mərasimləri sərbəst yerinə yetirmək hüququna malikdir. Dini bayramlarda və əlamətdar günlərdə ölkə dindarları ilə görüşən Heydər Əliyev hakimiyetinin birinci ili Ümrə ziyarətini də həyata keçirmişdir. Peyğəmbər məscidinin şərəf kitabına öz ürək sözlerini qeyd etmişdir. Bir müsəlman dövlətinin əsas göstəricisi onun məscidləridir. İlk giriş qapısından məscidlərimizin olmasi müsəlman dövləti olmağımızı daha da aydın büruzə verir. Azərbaycanın müstəqillik qazanmasından, xüsusilə, Ulu Öndərin respublikaya rəhbərlik etməsindən sonra vicdan azadlığı tam bərqərar olundu, əhalinin dindar təbəqəsinin rahat şəkildə ibadət etməsinə şərait yaradıldı. Qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə məscidlərin sayı artıq 2166-ya çatıb. Ümummilli Liderin xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, məscidlərin, bərpa olunması ilə bağlı tədbirləri həyata keçirməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. Bibiheybət məscidinin də məhz Heydər Əliyev sayəsində yenidən tikilməsi onun dinə, islamiyyətə olan dərin inam və hörmətinin göstəricisidir.
Bu gün aramızda olmasada Heydər Əliyev xalqımızın qəlbində əbədiyaşarlıq qazanmışdır. Milyonların ürəyindən gələn bu sözlər ona ümumxalq məhəbbətinin ifadəsi oldu: “Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var. Heydər Əliyev ürəklərdə yaşayacaqdır”.
Qax rayonu Qum kəndi ”Cümə”
məscidinin imam müavini: Bəşirov Seymur Məmməd oğlu
Mobil telefon nömrəsi: 0(70) 544 84 80
Digər xəbərlər