Saytımızı qiymətləndirin


 
 

Zikh Federasiyası: Bakı Təşəbbüs Qrupu sayəsində səsimizi qlobal auditoriyaya çatdıra bilirik
Tarix: 03-06-2026 | Saat: 12:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

Kanadada Zikh Federasiyasının rəhbəri Moninder Sinqh

 

Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq və qarşılıqlı anlaşma əldə etməyi səbirsizliklə gözləyirik.

Qarabaginfoi.az xəbər verir ki, bunu Kanadada Zikh Federasiyasının rəhbəri Moninder Sinqh jurnalistlərə açıqlamasında deyib.

“Bu ölkə və bu torpaqla həqiqətən dərin bağlarımız var. Azərbaycan xalqına və bu regionun insanlarına minnətdarıq ki, bizə 1984-cü ilin iyun qətliamı, soyqırımı kimi qiymətləndirdiyimiz hadisələr, zikh xalqının suverenlik uğrunda Xalistan hərəkatı barədə danışmaq imkanı verirlər.

Eyni zamanda, soyqırımı və işgəncələrin qurbanı olmuş insanların səslərinin eşidilməsi, adlarının unudulmaması və hekayələrinin bütün dünyaya çatdırılması vacibdir. Bakı Təşəbbüs Qrupu sayəsində öz hekayəmizi qlobal auditoriyaya çatdırmaq imkanı əldə etmişik. Azərbaycan xalqı bizi dinlədi və fikirlərimizi ifadə etməyimiz üçün hörmətli bir platforma təqdim etdi”, - o qeyd edib.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər