Saytımızı qiymətləndirin


 
 

Gürcü vitse-spiker erməni deputatları tənqid edib
Tarix: 03-11-2025 | Saat: 15:22
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani

 

Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani Avronest Parlament Assambleyasının (PA) ölkə ilə bağlı qəbul etdiyi qətnaməni imzlayanlar arasında erməni deputatların olmasından təəssüfünü bildirib.

Qarabaginfo.az xəbər verir ki, o, Gürcüstan əleyhinə olan sənədə imza atan erməni deputatları öz baş nazirlərinə etimadsızlıqda ittiham edib.

Tsilosani qeyd edib ki, qətnaməni imzalayanlar analoji sənədlər qəbul edən Avropa Parlamentinin gürcülərə düşmən olan deputatları imzalayıblar.

“Ermənistan deputatları Gürcüstan hökumətinin qeyri-legitim olduğunun vurğulandığı qətnaməni dəstəkləməklə əslində öz baş nazirlərinə etimadsızlıq nümayiş etdiriblər. Belə ki, Ermənistanın Baş naziri Gürcüstana rəsmi və müxtəlif səfərlər ebib, xalqın seçdiyi hökumətlə görüşlər keçirib”, - vitse-spiker deyib.

O, qətnamənin mənasız və məzmundan məhrum olduğunu vurğulayıb.

Qeyd edək ki, Avronest PA-nın 28-30 oktyabr tarixində İrəvanda baş tutmuş sonuncu plenar sessiyasında Gürcüstanla bağlı tənqidi qətnamə qəbul olunub. Sənəddə ötən ilin oktyabrın 26-da Gürcüstanda baş tutmuş parlament seçkiləri “saxtalaşdırılmış”, hökumət isə “özünü elan etmiş” kimi adlandırılıb. Buna etiraz olaraq Gürcüstan nümayəndə heyəti PA-nın bundan sonrakı sessiyalarında iştirakdan imtina edib.



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər