Saytımızı qiymətləndirin


 
 

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar
Tarix: 13-10-2025 | Saat: 14:07
Bölmə:Karusel / Dünya | çapa göndər

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

Rusiya Prezidenti Vladimir Putinin 1999-cu ildə baş nazir olarkən Krım və Ukraynaya münasibətlə bağlı çıxışı sosial şəbəkələrin Rusiya seqmentində yenidən gündəmə gəlib.

Qarabaginfo.az xəbər verir ki, 1999-cu il oktyabrın 9-da efirə gedən “Moskva-Kiyev” telekörpüsü zamanı jurnalist Aleksandr Lyubimovun Rusiyanın Ukraynaya mümkün iddiaları – istər Krım, istər qaz, istərsə də iqtisadi maraqları ilə bağlı sualını cavablandıran Putin deyib:

“Əvvəla, biz Krımı almaq istəmirik. Bu, tamamilə axmaqlıqdır. Əgər biz kimdənsə nəyisə almağa başlasaq, onlar bizdən nəyisə mütləq alacaqlar”.

Putin bu cür addımların bütün postsovet regionunda sabitliyi pozacağını bildirib:

“Əgər biz keçmiş SSRİ-də belə bir bölgüyə başlasaq, heç vaxt ondan qurtula bilməyəcəyik. Rusiya Federasiyası ərazisində 400 mübahisəli ərazi var. İstəyirəm ki, hamı bunu bilsin. Mənim fikrimcə, ən böyük problem Rusiyanın ağır imperiya mirasıdır. Nəyəsə görə hamı hesab edir ki, Rusiya imperiya kimi qalıb və ona da hələ də imperiya kimi yanaşırlar. Bu isə çoxdan elə deyil”.



Xəbəri paylaş

12 dəfə oxunub.

Digər xəbərlər