Tarix: 08-09-2025 | Saat: 15:04
Bölmə:Karusel / Dünya | çapa göndər
İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə baş verən terror aktının törədildiyi əraziyə gedib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Netanyahu İsrailin terrora qarşı güclü mübarizə apardığını bildirib.
“Terrora qarşı bütün cəbhələrdə güclü mübarizə gedir. Biz indi terrorçuların gəldiyi kəndləri araşdırır və mühasirəyə alırıq. İki terrorçu – hər ikisi İordan çayının qərb sahilindəki fələstinlilər, Ramallahın cənub-şərqində yerləşən Qətənnə və Əl-Qubeybə şəhərlərindəndirlər”, – Netanyahu vurğulayıb.
Netanyahu terror aktı nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, yaralıların isə tezliklə sağalmasını arzulayıb.
Baş nazir, eyni zamanda, Qəzza zolağında döyüşlərin davam etdiyini və bütün girovların azad ediləcəyini bildirib: “Qəzza zolağında döyüşlər davam edir. İsrail HAMAS-ı söz verdiyimiz kimi, məhv edəcək və bütün girovlarımızı azad edəcək”.
Qeyd edək ki, bu gün səhər Yerusəlimdə baş verən terror hücumu nəticəsində 5 nəfər ölüb, 11 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. İsrail mediasının məlumatına görə, hücumu törədən iki nəfər zərərsizləşdirilib.
Digər xəbərlər