KİV: Almaniyada NATO-nun aviabazası təxribat şübhələrinə görə bağlanıb
Tarix: 14-08-2024 | Saat: 17:04
Bölmə:Karusel / Dünya | çapa göndər
138 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-08-2024 | Saat: 17:04
Bölmə:Karusel / Dünya | çapa göndər
Almaniyanın qərbindəki Haylerkirhen şəhərindəki (Şimali Reyn-Vestfaliya) aviabaza mümkün təxribat şübhələrinə görə bağlanıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti ərazi komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, kazarmalar da bağlanıb. Ərazidə içməli suyun mümkün çirklənməsini yoxlamaq üçün araşdırma aparılır. Bazanın öz su təchizatı var.
Xatırladaq ki, NATO-nun kəşfiyyat təyyarələri Haylerkirhen aviabazasında yerləşir.
Bundan əvvəl “Der Spiegel” jurnalı Köln şəhərinin ərazisində Bundesver kazarmasının tam möhürləndiyini, hərbi hissənin ərazisindəki su xəttinin çirklənmiş ola biləcəyini, Almaniya hüquq-mühafizə orqanlarının bunun təxribat olub-olmadığını yoxladığını bildirmişdi.
Xəbəri paylaş
Digər xəbərlər
27-03-2024, 14:12
Moskva vilayətində reyd keçirilib, 21 miqrant saxlanılıb
18-09-2020, 18:09
Rezidenturaya qəbul imtahanı başa çatıb
13-04-2025, 13:45
Peskov: Putin və Trampın görüşü gec-tez baş tutacaq
15-10-2021, 18:37
Azərbaycanlı deputat beynəlxalq forumunda Paşinyanın həyat yoldaşına cavab verib - VİDEO
24-05-2021, 18:22
Şuşa ilə bağlı qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub















