Saytımızı qiymətləndirin


 
 

Azərbaycana soyuq müharibə elan edən 3 Avropa ÖLKƏSİ
Tarix: 14-06-2024 | Saat: 16:19
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Azərbaycana soyuq müharibə elan edən 3 Avropa ÖLKƏSİ

Prezident İlham Əliyev bir neçə gün əvvəl TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib ki, İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa ölkələri bizə qarşı əsassız və vicdansız hücumlara başlayıb: "Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib”. 

 

Dövlət başçısı qeyd edib ki, Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib.

 

Sözügedən ölkələr hansılardır?

 

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, bəzi ölkələr Azərbaycanın güclənməsini istəmirlər.

 

"Dövlət başçısının hansı ölkələri nəzərdə tutduğunu doğrusu mən dəqiq deyə bilmərəm. Ümumiyyətlə, vəziyyət dinamikdir, yəni dəyişkəndir. Öz geopolitik oyunları üçün erməni faktorunu müdafiə edirlər. O ki qaldı, bizim siyasətimiz və onun əsas istiqamətləri bəllidir. Qısa olaraq demək olar ki, Azərbaycan maraqlarının müdafiə olunması üçün tədbirlər görüləcək" - o qeyd edib.

 

Sabiq nazir əlavə edib ki, bəzi məqamlarda Kipr ermənipərəst mövqe sərgiləyir:

 

"Ona görə də Yunanıstanın bəzi siyasi dairələri müxtəlif məqamlarda siyasi konyekturaya baxanda gözlənilməz şəkildə İspaniya tərəfindən tənqidi fikirlər səsləndirilir. Amma burada ölkələrin mövqeyini demək olmaz. İndiki  siyasətçilərin belə mövqeyi ola bilər. Fransanı da mən heç ölkə kimi bizə düşmən olduğunu deməzdim. Burada hansısa siyasi dairələrin maraqları mövcuddur. Hamısı müvəqqəti məsələlərdir. Əsas odur ki, problemlər Azərbaycanın xeyrinə  həllini tapıb"

 

Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, sözügedən ölkələrdən biri Fransadır.

 

"Digər iki ölkədən birinin Niderland olduğunu söyləmək mümkündür. Çünki bu ölkənin rəsmiləri və deputatları da fransalı həmkarları kimi, tez-tez Azərbaycan əleyhinə açıqlamalar verirlər. Azərbaycan 2023-cü ilin sentyabrında antiterror əməliyyatı həyata keçirdikdən sonra Niderland parlamentində Ermənistana silah satışı məsələsi müzakirə olunmuşdu. Niderlandın xarici işlər naziri Azərbaycan əleyhinə açıqlamaları ilə yadda qalmışdı. O, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini gündəmə gətirmişdi. Həmin nazir Azərbaycanın guya Ermənistana hücum əməliyyatı hazırladığını söyləmişdi. Niderlandın islamofob siyasətçiləri də az deyil. 

 

Fikrimcə, Avropa İttifaqının anti-Azərbaycan mövqeyi ilə seçilən üçüncü dövləti Belçikadır. Bu ölkənin parlamenti də Azərbaycana qarşı ədalətsiz qətnamələr qəbul edib və Belçika hökuməti bunun qarşısını almayıb. Əksinə, Belçikanın xarici işlər naziri ötən il Azərbaycan əleyhinə bir neçə dəfə açıqlama səsləndirmişdi. Avropa İttifaqının iki üzvü olan Yunanıstan və Kipr Respublikası da Ermənistana dəstəklərini əsirgəmirlər. Ancaq Yunanıstan Azərbaycandan qaz aldığına görə, rəsmi Afina Paris kimi qatı anti-Azərbaycan mövqeyindən çıxış etmir".



Xəbəri paylaş

180 dəfə oxunub.

Digər xəbərlər