Saytımızı qiymətləndirin


 
 

Azad sözün bayramı qeyd olundu
Tarix: 07-05-2024 | Saat: 10:32
Bölmə:Karusel / Yazar | çapa göndər

Jurnalistlər bir yerə yığılıb söz və mətbuat azadlığını müzakirə etdi - REPORTAJ

  

  Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədr müavini Elnur Abasovun təşkilatçılığı ilə Beynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş maraqlı tədbir keçirildi. Maraqlı oldu ona görə ki, standart deyil, fərqli fikirlər səsləndirilidi və müzakirə olundu.

Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və jurnalistlərin iştirak etdiyi tədbirdə öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra aparıcı Əsmər Mehrəliyeva sözü qonaqlara verdi.

Xocalı Soyqırımını Tanıtıma İctimai Birliyinin sədri, şəhid ailəsi Ceyran Əzizova tədbir iştirakçılarını salamlayaraq, jurnalistləri Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü münasibətilə təbrik etdi.    

Daha sonra söz “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyə verildi. Bahəddin Həzi tənqidi notlar üzərində qurulan çıxışını “mediadırsa, azaddır, azad deyilsə, media deyil” fikri ilə tamamladı.

Jurnalist, Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlunun jurnalistika ilə sosial medianın qarışdırılmasının əleyhinə olduğunu söyləyərək, buna xüsusi diqqət etməyin lazım olduğunu bildirdi. 

Teleaparıcı, rejissor Etibar Məmmədov öz çıxışında bir çox məsələlərə toxundu. O, jurnalistika sahəsində müstəqil və qərəzsiz olmağı bir çox amillərlə əlaqələndirərək, əsas məsələnin peşəkarlıqla bağlı olduğunu bildirdi. Dünyanın nəhəng media holdinqlərindən nümunə gətirilməsinə toxunaraq bildirdi ki, insan yaradıcı və məlumatlı deyilsə, madiyyat əsas ola bilməz. Azərbaycanda işini dürüst və vicdanla yerinə yetirən jurnalistlərin yetərincə olduğunu xüsusi vurğuladı.

44gunsavash.az saytının təsisçisi Mövsümağa Abasov jurnalistləri Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü münasibətilə təbrik edərək, uğurlar arzuladı.

Tədbir digər iştirakçıların çıxışı ilə davam etdi.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyininn sədri Əkrəm Bəydəmirli, "Moderator.az" saytının redaktoru Xəyalə Rəis, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı, "Gənclərin Anti-Narkomaniya" İctimai Birliyinin sədr müavini Billurə Məmmədova, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, Azərbaycanın ilk qadın hərbi jurnalisti, əməkdar jurnalist Əntiqə Qonaq, “Ədalət” qəzetinin xüsusi müxbiri Əntiqə Rəşid, telejurnalist, ssenarist Arzu Qazıyeva və digərləri fikirlərini iştirakçılar ilə bölüşdü.

Qarabağ müharibəsi veteranı, jurnalist Şamil Sabiroğlu qonaqlara tədbirdə iştirak etdiklərinə görə təşəkkür edərək, jurnalistləri Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü münasibəti ilə təbrik etdi.

Tədbirin sonunda Mövsümağa Abasov rəmzi olaraq jurnalistlərə qələm hədiyyə etdi.

 

P.S. Doğrusu Ceyran Əzizova məni tədbirə dəvət edəndə bu qədər maraqlı mövzuların müzakirə olunacağını düşünməmişdim. Müzakirələrdə fərqli fikirlərə toxunulması, problemlərin göstərilməsi və həlli yolları ilə bağlı fikirlərin müzakirəsi tədbiri daha da maraqlı etdi. Adətən iştirakçıların tədbirin tez bitməsini gözlədiklərinin şahidi oluruq, bu dəfə tam fərqli ortam yaranmışdı, müzakirələrin davam etdirilməsi tələb olunurdu. Bu qəbildən olan tədbirlərin gələcəkdə də davam etdirilməsi çox gözəl olar. Bu sahəyə məsul olan rəsmlərin də belə tədbirlərdə iştirakı işin xeyirinə olacağını düşünürəm. Sonda gəldiyim qənaət ondan ibarət oldu ki, yaradıcı insan üçün maddiyyat birinci ola bilməz.     

 

Mübariz Hacılı 



Xəbəri paylaş

11 511 dəfə oxunub.

Digər xəbərlər