Saytımızı qiymətləndirin


 
 

Ermənistanın ərazisi neçə kv km-dir? - Paşinyan AÇIQLADI
Tarix: 12-03-2024 | Saat: 15:39
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın ərazisi neçə kv km-dir? - Paşinyan AÇIQLADI

 

“Azərbaycan tərəfi ilə danışıqlar masasında baş verənlərlə bağlı çox şeyi açıqlamayaq, çünki onsuz da danışıqlar otağında atmosfer çox müsbət deyil və şərhlər mövcud potensialı azalda bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında deyib.

“Mən sizə 29.800 kvadrat kilometr ərazini əhatə edən bir epizod haqqında danışacağam. Danışıqlar bir-birinin ərazi bütövlüyünü tanımaq zərurətini gündəmə gətirəndə Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıdığını və heç bir ərazi iddiası olmadığını bəyan etdi. Niyə söhbət davam edir? Bir sadə səbəbə görə. Brüsseldəki danışıqlarda belə bir sual yarandı: Azərbaycan Ermənistanın ərazi bütövlüyü dedikdə nəyi nəzərdə tutur? Ermənistan Azərbaycanın ərazi bütövlüyündən danışanda nəyi nəzərdə tutur? Bu söhbət o dərəcədə inkişaf edib ki, yəqin ki, obyektiv məlumatlar var və bu məlumatlara istinad etmək lazımdır”, - Paşinyan bildirib.


Onun sözlərinə görə, məlumatlar Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə də ötürülüb və o bunu dərc edib.

“Sonra rəqəmlərin yuvarlaqlaşdırıldığı məlum oldu. O cümlədən, Azərbaycan tərəfi Ermənistanın dövlət orqanlarının internet saytlarında Ermənistanın ərazisinin 29 800 kvadrat kilometrdən az - 29743 kvadrat kilometr göstərilməsinə diqqətimizi çəkdi. Eyni şey Azərbaycana da aiddir, rəqəm yuvarlaqlaşdırılıb. Məhz bu rəqəmlər ətrafında aparılan müzakirələrə görə müəyyən gərginlik yaranıb”, - deyə Ermənistanın baş naziri bildirib.
 

Paşinyan deyib ki, Ermənistanın ərazisi 29800 kvadrat kilometr yox, 29743 kvadrat kilometrdir.



Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər