Saytımızı qiymətləndirin


 
 

Ermənistanın Naxçıvanla sərhəddə tikdiyi zavod başqa yerə köçürülüb
Tarix: 14-09-2023 | Saat: 16:23
Bölmə:Karusel / Region | çapa göndər

Arazdəyəndə, Azərbaycanla sərhəddə inşa olunan “erməni-amerikan” metallurgiya zavodu başqa yerə köçürülüb.

“Sputnik Armenia”nın məlumatına görə, metallurgiya zavodunun tikintisi Ararat şəhəri yaxınlığındakı əraziyə köçürülüb.

Yerli sakinlər tikinti işlərinin dondurulduğunu, zavodun başqa yerə köçürüldüyünü və tikinti materiallarının ərazidən daşındığını deyib.

Ermənistan İqtisadiyyat Nazirliyi zavodun köçürülməsi ilə bağlı məlumatı təsdiq və ya təkzib etməyib, sadəcə “hökumət səviyyəsində müzakirələrin aparıldığını” bildirib.

Azərbaycan Hökuməti Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə – Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edirdi.

Məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibinə də müvafiq bildiriş ünvanlanıb.



Xəbəri paylaş

1164 dəfə oxunub.

Digər xəbərlər