Saytımızı qiymətləndirin


 
 

“Ağdam yolu əvvəl-axır açılacaq” – Rusiya nəşri sirrin üstünü açdı
Tarix: 11-08-2023 | Saat: 17:51
Bölmə:Karusel / Region | çapa göndər

 

“Ağdam yolu əvvəl-axır açılacaq” – Rusiya nəşri sirrin üstünü açdı

Rusiya həm Laçın yolu, həm də Ağdam-Xankəndi trası fəaliyyət göstərməklə Qarabağın erməni əhalinin yaşadığı hissəsinə kommunikasiyaların açılması təklifini irəli sürüb, lakin Ermənistan tərəfi bu razılaşmanı pozub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə bu gün Rusiyanın «КоммерсантЪ» qəzeti dövlət qurumlarındakı mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Moskvada vəziyyəti çox mürəkkəb qiymətləndirirlər və hesab edirlər ki, Bakı güzəştə getməyəcək.

"Vəziyyəti birtəhər sakitləşdirməklə bağlı bizim, qərblilərin, beynəlxalq təşkilatların cəhdləri heç bir nəticə vermir. Bakı geriyə addım atmır", - deyə regiondakı vəziyyətlə  tanış olan mənbə bildirib.

Eyni zamanda, o qeyd edib ki, separatçılar da "inad edirlər".

Bununla belə, mənbə hesab edir ki, Ağdamdan keçən yol sonda açılacaq.

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təklif etdiyi varianta əvvəlcə həm Azərbaycan tərəfi, həm də qarabağlı ermənilər razılaşıblar. Onun mahiyyəti bundan ibarət idi ki, Ağdam yolu açılsın və lazım olan hər şey Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə daşınsın.

Moskvanın təklifinə əsasən həmin  yerdə hərəkət başlayandan bir gün sonra Laçın dəhlizində də hərəkət bərpa edildi. "Bu variant yüksək hazırlıq dərəcəsində idi", - deyə mənbə vurğulayıb.

Lakin onun sözlərinə görə, separatçılar "Laçının 24 saatdan sonra yox, dərhal açılması" şərtini irəli sürüblər, sonra Qarabağ ermənilərinin rəhbərliyi bəyan edib ki, Ağdam vasitəsilə Azərbaycan malları daşınmamalıdır, "bundan sonra isə Vaqif Xaçatryanla qalmaqal baş verib", - deyə Rusiya nəşri yazıb.

"Kommersant" qeyd edib ki, nəticədə kompromis əldə edilməyib.(Yenisabah.az)



Xəbəri paylaş

1157 dəfə oxunub.

Digər xəbərlər