Ləğv edilən Bakı Nəqliyyat Agentliyi (BNA) İdarə Heyəti sədrinin sabiq müavininə yüksək vəzifə verilib.
Qarabaginfo.az 32gun.az-a istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarovun müvafiq əmri ilə, Fərid Rafiq oğlu Nuriyev İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.
Qeyd edək ki, Fərid Nuriyev 4 iyun 2018-ci il də Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. O, Bakı Nəqliyyat Agentliyi ləğv edilənə qədər sözügedən qurumun sədrinin müavini olub.