Saytımızı qiymətləndirin


 
 

"Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağda qanunsuz fəaliyyətlə məşğuldur" - RƏY
Tarix: 11-07-2023 | Saat: 13:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Beynəlxalq Qırmızı Xaç Komitəsi açıqlama yaydı | No Comment

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin erməni bürosunun istər Ermənistanda, istərsə də Qarabağda fəaliyyət göstərən nümayəndələri hələ Birinci Qarabağ müharibəsində separatçılarla iş birliyi çərçivəsində qanunsuz fəaliyyətlə məşğul olurdular".

Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında hərbi ekspert Ramin Məmmədli deyib.

Onun sözlərinə görə, əsir və girovluqdan qayıdan Azərbaycan vətəndaşlarının açıqlamaları da bunu təsdiqləyir: "Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan nümayəndəliyi Vətən müharibəsindən ötən üç ilə yaxın müddətdə də müəyyən qanunsuzluqlar törədib. Bu qanun pozuntuları isə cinayət məsuliyyətinə cəlb edilməli olan bəzi separatçıların Laçın yolu vasitəsilə ərazidən çıxarılması və ya gətirilməsidir.

Artıq bəlli olur ki, həmin addımları atan qurum eyni zamanda Qarabağdakı separatçı ermənilərə hərbi təyinatlı vasitələrin daşınmasını da həyata keçirə bilər. Lakin Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinin əsas istiqaməti əsir və girovlara kömək göstərməkdir. Təəssüf ki, adıçəkilən komitə nə Vətən müharibəsinə kimi, nə də müharibədən sonra azərbaycanlı əsir və girovlara yetərincə dəstək olub, nə də humanitar yardım edib".

R.Məmmədli vurğulayıb ki, ümumiyyətlə, Qarabağda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri yalnız və yalnız Azərbaycan nümayəndəliyinin üzərindən bu işləri koordinasiya edib fəaliyyət göstərə bilərlər: "Azərbaycan ərazisində heç bir halda hansısa xarici təşkilatının digər bir ölkədəki nümayəndəliyinin əməkdaşları fəaliyyət göstərə bilməz. Bunun özü ilk növbədə qanunsuzluqdur. İkinci qanunsuzluq isə bu və ya digər formada separataçı ermənilərə dəstək verməkdir. Bir neçə ay əvvəl Naxçıvan istiqamətində yolu azaraq Ermənistan tərəfə keçən Azərbaycan hərbiçilərinə də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən lazımi humanitar və hüquqi dəstək verilməyib".

Qeyd edək ki, Ermənistan ilə dövlət sərhədində Laçın dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən BQXK-yə məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar.

Azərbaycan Dövlət Sərhəd Xidmətindən bildirilib ki, lakin ötən müddət ərzində DSX əməkdaşları tərəfindən BQXK-yə aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər