Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırılıb, 1 vəkilə töhmət verilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Belə ki, iclasda vəkillər barəsində başlanılmış 22 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılıb, 3 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunub.