Saytımızı qiymətləndirin


 
 

Vəzifəmizin tam icrasından hələ çox uzağıq - Peskov
Tarix: 11-05-2023 | Saat: 11:29
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Vəzifəmizin tam icrasından hələ çox uzağıq - Peskov

Kremlin sözçüsü Dmitri Peskov Serbiya mətbuatına Rusiya-Ukrayna müharibəsini şərh edib.

 

Qarabaqinfo.az xəbər verir ki, o, müsahibəsində Donbasdan danışıb.

 

“Donbasın müdafiəsi vəzifəsi (Rusiya tərəfi belə adlandırır - red.) qismən həll olunub, biz bu vəzifənin tam həyata keçirilməsindən hələ çox uzağıq. Donetsk və digər şəhərlərin atəşə tutulması davam edir. Ona görə də düşməni kifayət qədər uzaq məsafədə dəf etməliyik. Bu səbəbdən əməliyyat davam etdiriləcək", - Putinin mətbuat katibi bildirib.

 

O, digər mühüm məqsəd olaraq Ukraynanın “demilitarizasiyası”nı hesab edir və raket hücumlarının davam edəcəyini söyləyib.

 

"Ukrayna hərbi maşınını bir az sındırdıq. Yüksək dəqiqlikli Rusiya raketlərinin köməyi ilə bir çox silah zavodlarını, silah anbarlarını və s. məhv edə bildik. Bu iş davam etdiriləcək. İşğalın başlanğıcı zamanı Rusiya üçün NATO üzvlərinin, Amerika Birləşmiş Ştatlarının və Avropa ölkələrinin bu münaqişəyə əvvəlcə dolayı yolla, sonra isə birbaşa müdaxilə edəcəyini təsəvvür etmək çətin idi. İndi NATO Ukrayna tərəfində faktiki olaraq bu münaqişənin iştirakçısıdır. Çoxlu silah, sursat, hərbi material, maliyyə resursları və s. ehtiyatlardan xəbərdarıq”, - Peskov əlavə edib.

 

Kremlə dron hücumundan danışan Putinin sözçüsü “biz uyğun hesab etdiyimiz addımlarla cavab verəcəyik” tezisini təkrarlayıb.



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər