Saytımızı qiymətləndirin


 
 

“Rusiyanı dağıtmaq istəyirlər, hamısı kağızda yazılıb” - PUTİN
Tarix: 27-02-2023 | Saat: 13:21
Bölmə:Karusel / Region | çapa göndər

“Qərb Rusiyanı məhv etməyə çalışır”.

Qarabaginfo.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu “Rossiya-1” telekanalına müsahibəsində bildirib.

Putin bəyan edib ki, Qərbin bir məqsədi var – keçmiş Sovet İttifaqını və onun əsas hissəsi olan Rusiyanı dağıtmaq: “Sonra, bəlkə də, bizi necə deyərlər, sivil xalqlar ailəsinə qəbul edəcəklər. Amma ayrı-ayrılıqda, hər bir hissə ayrı şəkildə. Bu halda da rus xalqı bu gün mövcud olduğu formada mövcudluğunu dayandıracaq. Hansısa “moskvalılar”, “urallılar” və s. olacaq. Bu planlar kağız üzərində qurulub. Hər şey yazılıb. Hamısı bir kağız üzərində yazılıb…”.

Rusiya prezidenti NATO ölkələrini Kiyevə silah tədarük etməklə Ukraynadakı müharibədə iştirak etməkdə də ittiham edib.(Azpost.info)



Xəbəri paylaş

1116 dəfə oxunub.

Digər xəbərlər