Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək və onun çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat paylaşıb. 

Həmçinin qeyd olunur ki, Ərdoğan Ukrayna və Rusiya Federasiyası prezidentləri arasında Türkiyədə görüş təşkil etmək təklifini təkrarlayacaq.

Bundan əlavə, görüşdə “taxıl dəhlizləri”nin işi və Suriyada mümkün hərbi əməliyyatlar müzakirə olunacaq.

"Ərdoğan və Putin arasında görüşün ən aktual mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq. Ərdoğan rusiyalı həmkarına Türkiyənin vasitəçilik təşəbbüsləri çərçivəsində müharibəni dayandırmaq və daimi atəşkəsə nail olmaq üçün əlindən gələni etməyə davam edəcəyini çatdıracaq”, - telekanal bildirib.