İranın Ali Milli Təhlükəsizlik Şurasınınkatibi Əli Şəmxani sabah Ermənistana səfər edəcək.
Qarabaginfo.az "Armenpress"ə istinadla xəbər verir ki, işgüzar səfər çərçivəsində o, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək.
Ə. Şəmxaniyə dəvət də ondan gəlib. Qriqoryandan başqa Ermənistanın baş naziri Nikol Paşinyanla görüş də nəzərdə tutulub.