Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu və Lavrov sabah Qafqazdakı vəziyyəti müzakirə edəcək
Tarix: 07-06-2022 | Saat: 18:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Çavuşoğlu və Lavrov sabah Qafqazdakı vəziyyəti müzakirə edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla sabah Ukraynadakı vəziyyəti müzakirə edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada görüş zamanı ikitərəfli münasibətlərin müzakirə ediləcəyi bildirilib.

“Rusiya ilə Türkiyə arasında siyasi dialoq bu il də intensivliyini qoruyub. Yüksək səviyyəli təmaslar intensiv şəkildə davam edir. İlin əvvəlindən 9 dəfə Rusiya Prezidenti Vladimir Putin və Prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub”, - açıqlamada qeyd olunub.

“İclasda Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz bölgələrindəki vəziyyət müzakirə olunacaq. İki nazir Ukrayna böhranındakı mövcud vəziyyəti və Rusiya ilə Ukrayna arasında aparılan sülh danışıqlarının yenidən başladılmasını müzakirə edəcək”, - məlumatda deyilir.

Açıqlamada həmçinin Çavuşoğlu ilə Lavrovun görüşdə Suriya məsələsini də müzakirə edəcəyi bildirilib.



Xəbəri paylaş

1268 dəfə oxunub.

Digər xəbərlər