Nəsir Əhmədli vəfat edib
Tarix: 07-06-2022 | Saat: 11:20
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
320 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-06-2022 | Saat: 11:20
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti Nəsir Əhmədli bu gün səhər saatlarında dünyasını dəyişib.
Bu barədə Bakı Dövlət Universitetindən məlumat verilib.
Əməkdar jurnalist Tovuzda dəfn olunacaq.
Nəsir Əhmədli uzun zamandır şəkər xəstəlikdən əziyyət çəkirdi.
Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışırdı. Tədris etdiyi fənlər: "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində". 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. 10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb.
"Media açarı-2006"-ya, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri Fərmanlara layiq görülüb.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin , Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub.
Xəbəri paylaş
Digər xəbərlər
6-04-2022, 14:19
Avropa çempionluğu Rusiyadan alınıb Azərbaycana verildi
2-10-2026, 13:31
Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
15-10-2024, 20:50
Britaniya İordan çayının qərb sahilində tikinti ilə məşğul olan təşkilatlara sanksiya tətbiq edib
14-01-2026, 22:41
Rubio və Netanyahu İranda baş verən etirazlarla bağlı ABŞ-ın mümkün addımlarını müzakirə ediblər
13-09-2024, 13:37
Dünyada ən yüksək ölüm və ən aşağı doğum hansı ÖLKƏDƏDİR?
30-10-2021, 23:58
Tbilisi meri seçkilərində Kaxa Kaladze liderlik edir
8-04-2025, 08:51
İki il ƏDV-dən azad olacaq
7-02-2022, 13:19
BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib
23-04-2026, 20:24
Gürcüstanın keçmiş müdafiə naziri 10 il müddətinə həbs edilib
19-02-2021, 15:55
Baş nazir: “Düşmən Qarabağı vəhşicəsinə istismar edib”


















