Bu gün Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.