Tarix: 14-05-2022 | Saat: 01:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu günə olan məlumata görə, Ukraynada 1015 yaşayış məntəqəsi artıq işğaldan azad edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.
O, qeyd edib ki, bu, ötən sutka ilə müqayisədə 6 yaşayış məntəqəsi çoxdur.
“Biz yerlərdə elektrik enerjisini, su təchizatını, rabitəni, nəqliyyatı, sosial xidmətlərini geri qaytarırıq” – deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, hakimiyyət dağıdılan hər bir şəhəri, hər bir icmanı xatırlayır.
“Xerson və Melitopol, Berdyansk və Enerqodar, Mariupol və Donbasın bütün şəhər və qəsəbələri. Xarkov vilayətinin tədricən azad edilməsi sübut edir ki, biz heç biri yeri qarşı tərəfə verməyəcəyik”,- deyə Zelenski bildirib.
Həmçinin, prezidentin sözlərinə görə, bu gün 200-cü Rusiya təyyarəsi vurulub.
Digər xəbərlər