Saytımızı qiymətləndirin


 
 

Zaxarova Azərbaycanın mövqeyini DƏSTƏKLƏDİ
Tarix: 28-04-2022 | Saat: 15:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya Bakı və İrəvanı razı salan danışıqlar formatına daha çox diqqət ayırır.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

 

“Biz danışıqlar prosesini izləyirik. İki ölkə arasında danışıq formatından biri konkret nəticələr verir. ATƏT-in Minsk Qrupunun həmsədrləri indiki mərhələdə heç bir səmərəlilik gətirmir. İki tərəf üçün əldə edilən razılıq Rusiyanı da qane edəcək”,- deyə Zaxarova növbəti dəfə ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyindən şikayətlənib.

 

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan tərəfi dəfələrlə Minsk Qrupunun lazımsız quruma çevrildiyini bəyan edib. Artıq Rusiya da Azərbaycanın bu mövqeyini dəstəkləyərək, Minsk Qrupunun tarixə qərq olduğunu gizlətmir. Moskvada anlayırlar ki, 28 illik fəaliyyəti dövründə heç nəyə nail ola bilməyən Minsk Qrupunun saxlanılması vaxt itkisindən başqa bir şey deyil. Bu mənada Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul edib, adekvat addımların atılması zəruridir. 



Xəbəri paylaş

227 dəfə oxunub.

Digər xəbərlər