Saytımızı qiymətləndirin


 
 

ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Bakıda görüşüb
Tarix: 28-04-2022 | Saat: 12:56
Bölmə:Karusel / Region | çapa göndər

ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Bakıda görüşüb

Səfirlər Litzenberger, Deqnan və Treysi, dövlət katibinin köməkçisinin müavini Olson, Qafqaz danışıqları üzrə baş müşaviri (SACN) Endryu Şofer və ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisi vəzifəsini icra edən Qreq Naarden ABŞ-ın Azərbaycandakı səfirliyinin ev sahibliyi etdiyi Missiya Rəhbərlərinin regional toplantısında iştirak ediblər.

Qarabaginfo.az ABŞ səfirliyinə istinadən xəbər verir ki, İrəvan, Bakı və Tbilisi əvvəllər də bu kimi tədbirlərə ev sahibliyi ediblər.

“Bölgədən və Vaşinqtondan olan həmkarlar fikir və məlumat mübadiləsi aparmaq üçün toplaşıblar. Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq”, - qeyd olunub.



Xəbəri paylaş

1235 dəfə oxunub.

Digər xəbərlər