Saytımızı qiymətləndirin


 
 

Tanınmış klubda koronavirusa kütləvi yoluxma aşkarlanıb
Tarix: 23-02-2022 | Saat: 20:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Avstriya "Zaltsburq"unda koronavirusa kütləvi yoluxma halları aşkarlanıb.

Qarabaginfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandada 15 nəfərin testi müsbət çıxıb. Onların arasında futbolçularla yanaşı, klubun əməkdaşları da var.

İnfeksiyaya yoluxmuş şəxslərin hamısı karantinə alınıb. Onların bəzilərinin xəstəliyi simptomsuz keçirdiyi bildiirlib.

Kütləvi yoluxma səbəbindən Zaltsburq şəhərinin eyniadlı təmsilçisinin 2 məşqi ləğv olunub. Yaxın günlərdə komanda üzvlərindən növbəti dəfə analiz götürüləcək.

Həmçinin klubda təhlükəsizlik tədbirləri gücləndiriləcək: tamaşaçılar artıq məşqlərə buraxılmayacaq, bütün kütləvi tədbirlər ləğv ediləcək və ya təxirə salınacaq.

Qeyd edək ki, "Zaltsburq" növbəti oyununu Avstriya çempionatında LASK klubuna qarşı keçirəcək. Görüş fevralın 27-də baş tutacaq.



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər