Tarix: 23-02-2022 | Saat: 18:22
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Ola bilər ki, Azərbaycan və Moldova kiçik ölkə, kiçik xalqlardır, amma bizim böyük qəlbimiz var. Biz bir-birimizi başa düşürük”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Şuşada səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu jurnalistlərə açıqlamasında bildirib.
Moldova parlamentinin sədri deyib ki, Azərbaycan və Moldova ərazi bütövlüyü ilə bağlı faciə yaşayıb: “Bütün beynəlxalq tədbirlərdə, konfranslarda həmişə bir-birimizə dəstək vermişik. Hər zaman məsləhətləşib, mövqelərimizi uyğunlaşdırmışıq”.
İ. Qrosu qeyd edib ki, hazırda dünyada pandemiyanın yaratdığı böhran, o cümlədən enerji böhranı var: “Dünən parlamentdə və Nazirlər Kabinetində keçirilən görüşlərdə də bu barədə danışdıq. Bu böhranlar ölkələr və vətəndaşlar üçün böyük diskomfortdur. Ancaq hətta bu böhranlar da yeni imkanlar yaradır. Moldovada infrastruktur, energetika, emal sənayesi sahəsində layihələrə Azərbaycan biznesmenlərini dəvət edəcəyik. Moldova Avropa İttifaqı ilə sərhəddədir, Avropa İttifaqında 500 milyon istehlakçı var. Biz birlikdə gözəl layihələr həyata keçirə bilərik”.
Digər xəbərlər