Saytımızı qiymətləndirin


 
 

Deputatı “əjdaha” ilə hədələyən şəxsi 14 ilədək HƏBS GÖZLƏYİR
Tarix: 18-02-2022 | Saat: 13:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

Deputat Tahir Kərimlinin sosial şəbəkədə yayılan videosu hələ də müzakirə mövzusu olaraq qalır. Parlament üzvünün ölümlə hədələndiyini iddia etməsi və bu barədə emosional çıxışı barədə müxtəlif fikirlər səsləndirilir.

 

Deputatın məlum videogörüntülərdə əlində oyuncaq əjdaha tutması qeyri-ciddi təsir bağışlasa da, sonradan o açıqlama yayaraq, baş verənlərə aydınlıq gətirib.

 

Belə ki, T.Kərimli adını açıqlamadığı şəxs tərəfindən ölümlə təhdid olunduğunu söyləyib:

 

“Mən istəmədim ki, ailəm, uşağım bunu bilsin. Yaxşı ki, dünən oğlum məşqdən sonra dostugildə qalmaq üçün icazə almışdı. Düzü, bunu ilk dəfə deyirəm, ailəm də bilmir, gələndə gördüm ki, qapının açar yerinə bükülmüş “zapiska” qoyulub. Düşündüm ki, bu supulu, işıqpulu qəbzidir. Baxdım, burada kiril əlifbası ilə yazılıb ki, səni udacaq əjdaha.... Adamın adı və Moskva ünvanı da yazılıb”.

 

Deputatı ölümlə hədələyən şəxsin əməli sübut olunarsa, onu hansı cəza gözləyir?

 

 

Bununla bağlı Modern.az-a danışan "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev qeyd edib ki, kimisə ölümlə hədələmək ağır cinayətdir və həmin şəxs müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır:

 

“Qanunvericilikdə buna yola verən şəxs üçün ağır sanksiyalar, hətta həbs nəzərdə tutulub. Ona görə, mənə elə gəlir ki, bu sadə məsələdir. Tahir Kərimli həm Milli Məclisin deputatıdır, həm də hüquqşünasdır, uzun müddət hakim işləyib. Bilir ki, hansı prosedurlar lazımdır. Əgər belə təhlükələr varsa və o, mütəmadi ölümlə təhdid edilirsə, hüquq mühafizə orqanlarına müraciət etməlidir. Bu zaman həmin şəxslərin araşdırılması həyata keçiriləcək.

 

Təhdidin araşdırılmasının nəticəsinə uyğun olaraq cinayət işi açılacaq və qərar qəbul ediləcək. Cinayət məsuliyyətinə görə, belə addım atan şəxsi hətta 8 ildən 14 ilə qədər həbs cəzası gözləyir. Burada hədənin real olması istintaq orqanları tərəfindən müəyyənləşdiriləcək. Xüsusilə deputata qarşı belə addım atılması məsuliyyəti daha da ağırlaşdırır və məsələ araşdırılandan sonra sərt tədbirlər görülə bilər”.



Xəbəri paylaş

292 dəfə oxunub.

Digər xəbərlər