Saytımızı qiymətləndirin


 
 

Aİ komissarı: “Azərbaycan qazı Avropanın enerji təchizatının mühüm hissəsini təşkil edir”
Tarix: 04-02-2022 | Saat: 18:45
Bölmə:Karusel / Siyasət | çapa göndər

Aİ komissarı: “Azərbaycan qazı Avropanın enerji təchizatının mühüm hissəsini təşkil edir”

“Azərbaycanla strateji əməkdaşlığa sadiqik ”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi bildirib.

 

O. Varhelyi deyib ki, Avropa qaz sahəsində qıtlıq görür: “Bu sahədə Azərbaycan mühüm tərəfdaşlardan biridir. Azərbaycan tərəfindən artıq Avropaya 8 milyard kubmetr qaz göndərib. Bu, xüsusən bu qış aylarında enerji təchizatımızın mühüm hissəsini təşkil edib. Daha çox qaz göndərilə biləcəyini düşünürük. Qərbi Balkanlara da Azərbaycan qazının göndərilməsində maraqlıyıq .Cənubi Qaz Dəhlizi ilə göndərilən qaz emissiyanın 35 faizə qədər azaltmağa imkan verə bilər. Qərbi Balkanlara Azərbaycan qazının göndərilməsi çox əhəmiyyətli olar. Qərbi Balkanların üzləşdiyi böhrandan çıxması üçün Azərbaycana çox əhəmiyyətli tərəfdaş kimi etibar edirik”. (apa.az)



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər