Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Almaniya hökuməti ilə danışıqlar aparır, bəzi mühacirlər ölkəyə gətirilə bilər - Deputatdan AÇIQLAMA
Tarix: 02-02-2022 | Saat: 11:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

"Azərbaycan müxtəlif yollarla xaricə üz tutmuş və mühacir həyatı sürən bəzi azərbaycanlıların ölkəyə qaytarılması istiqamətində hüquqi proseslərin həyata keçirilməsini təmin edir".

 

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Pravda-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat qeyd edib ki, Azərbaycan bu istiqamətdə Almaniya hökuməti ilə danışıqlar aparır: “Saxta yollarla bəzi Avropa ölkələrinə qaçmış, daha sonra isə Azərbaycana təsir etmək niyyətində olan siyasi dairələrin əlində alətə çevrilmiş, xəyanətkarlıq mövqeyi tutmuş şəxslərin ölkəyə gətirilməsi istiqamətində işlər həyata keçirilir. Ona görə də mühacirlərin narahat olması normaldır. Çünki  bilirlər ki, ölkəni cinayət yolu ilə tərk edib, daha sonra isə Vətənə və dövlətçiliyimizə qarşı xəyanət missiyasını yerinə yetirməyə başlayıblar. Bu günə kimi atılan addımların müsbət nəticə verməsi təqdirəlayiqdir. İnanırıq ki, bundan sonra da müsbət nəticə verəcək. Hər kəs qanun qarşısında cavab verməli olacaq”.

 



Xəbəri paylaş

218 dəfə oxunub.

Digər xəbərlər
29-01-2022, 00:23 Hacı Nuran evlənir - FOTO