Tarix: 07-01-2022 | Saat: 15:23
Bölmə:Karusel / Qarabağ | çapa göndər
"Şuşa şəhərində abidələrin “Bərpa təlimatı” hazırlanıb".
Qarabaginfo.az xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.
O bildirib ki, sənəddə aşağıdakı əsas istiqamətlər üzrə məlumat və tövsiyələr öz əksini tapır: “İşğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyası nəzərdə tutulub”.(Apa)
Digər xəbərlər