Saytımızı qiymətləndirin


 
 

“Qarabağ müharibəsi heç vaxt dini müharibə olmayıb” - Ermənistan prezidenti
Tarix: 24-12-2021 | Saat: 14:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Qarabağ müharibəsi heç vaxt dini müharibə olmayıb. Ermənistanın bir çox İslam ölkələri ilə çox yaxşı əlaqələri var”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan Yaxın Şərqin ən məşhur ingilisdilli qəzetlərindən biri, Səudiyyə Ərəbistanında nəşr olunan “ArabNews”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan heç vaxt bu məsələdə xristian dünyasının dəstəyini almağa cəhd göstərməyib.


Armen Sarkisyan deyib ki, Ermənistan 26 il əvvəl bu münaqişədə qalib gəlib, lakin özünün qalib mövqeyindən yekun sülhün bərqərar olması üçün istifadə edə bilməyib.

Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra çoxlu kədərlər, yaralar, sərhədlərlə bağlı həllini tapmamış məsələlər, o cümlədən, Qarabağda yaşayan ermənilərin gələcəyi ilə bağlı problemlər var.

A.Sarkisyan ATƏT-in Minsk Qrupunin danışıqlar masasına qayıtmasına tərəfdar olduqlarını vurğulayıb.

“Yeni reallıq ondan ibarətdir ki, Rusiyanın regiona böyük təsiri var, çünki atəşkəsə məhz o nail olub, delimitasiya, demarkasiya və digər məsələlərdə Rusiya həm Ermənistanı, həm də Azərbaycanı dəstəkləyir. Bu gün Rusiya sülhməramlıları Qarabağdadır. Bu məsələnin nəhayət həll olunduğunu deyə bilmərəm. Son qərarın nə olacağını zaman göstərəcək. Hesab edirəm ki, yekun olacaq istənilən qərar məntiqli olmalıdır. Həll hər iki tərəf üçün məqbul olmalıdır”.

Prezident indiki vəziyyətin uzun müddət davam etməsini istəmədyini bildirib.



Xəbəri paylaş

224 dəfə oxunub.

Digər xəbərlər