Saytımızı qiymətləndirin


 
 

“Yol polisi onu çəkdiyim üçün məni döydü” - Video
Tarix: 18-11-2021 | Saat: 11:16
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

 

Sumqayıt şəhər sakini Ramin Xanalıyev YPX əməkdaşı oxu saxladığı zaman telefonla çəkiliş etdiyi üçün yol polisi tərəfindən döyüldüyünü iddia edir.

“Qafqazinfo”ya müraciət edən R.Xanalıyevin sözlərinə görə, yaşadığı Sumqayıt şəhərində son aylarda dəfələrlə əsassız yerə saxlanılıb.

Vətəndaş deyir ki, artıq bu, ənənə halını alıb: “Yol polisləri məni ailəmlə harasa gedəndə belə saxlayıb qanundankənar formada sorğu-sual edirlər. Sonuncu dəfə noyabrın 6-da Sumqayıtın əşya bazarı adlanan hissəsində “Mazda SX-8” markalı 50 BO 555 nömrəli avtomobili idarə edəndə yenə yol polisləri məni saxladılar. Elçin adlı əməkdaş mənə yaxınlaşıb qeyri-prosessual olaraq “səni hardansa tanıyıram” dedi, daha sonra mənim özlərinin xidməti avtomobilində oturmağımı tələb etdi. Mən də bu tələbin qanunsuz olduğunu deyərək onların maşınına keçmədim. Bir neçə dəqiqə sonra polis zabiti təkrar mənə yaxınlaşaraq özünün əslən Qubadlı rayonundan olmasını dedi və mənim haradan olmağım barədə sual verdi. Mən ondan qeyri-prosessual hərəkətlərə yol verməməsini xahiş etdim.



Xəbəri paylaş

288 dəfə oxunub.

Digər xəbərlər