Tarix: 31-03-2021 | Saat: 11:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ermənistanın eks-prezidenti Serj Sarkisyan həmkarı Robert Koçaryanı qarşıdan gələn növbədənkənar parlament seçkilərində dəstəkləməyəcəyini söyləyib.
Qarabaginfo.az Ermənistanın “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, Sarkisyan “Vətən” partiyasının sədri, eks-Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyana dəstək verəcəyini bildirib.
“Respublika partiyası olaraq, 4-5 mandata görə, təslimçini (Paşinyan-red.) legitimləşdirməyəcəyik”-deyə Sarkisyan öz partiyadaşlarına müraciətdə deyib.
Birləşmiş müxalifətin görüşü zamanı Sarkisyan açıq şəkildə Koçaryana 20 iyun seçkilərində dəstək verməyəcəyini açıqlayıb. Onun bu qərarı Respublika partiyasının sıralarında parçalanmaya səbəb olub. Bəzi partiya nümayəndələri deyiblər ki, Serj Sarkisyanın seçkilərə getməyəcəyi təqdirdə onlar Koçaryana qoşulacaqlar.
(Modern.az)
Digər xəbərlər