Saytımızı qiymətləndirin


 
 

EVİ VƏ AVTOMOBİLİ YANDIRILAN JURNALİST NAZİR RAMİL USUBOVA MÜRACİƏT ETDİ-YENİLƏNDİ
Tarix: 19-12-2017 | Saat: 10:06
Bölmə:Manşet / Karusel / Kriminal | çapa göndər

 

image here

«Cənab nazir, son iki ayda qəzetin iki əməkdaşı dünyasını dəyişib, hesab edirəm ki, bunlar 2 ildir açılmayan cinayətin psixoloji təsirlərindəndir…»

Bu günlərdə Beynəlxalq Təşkilatlardan birinin növbəti hesabatında dünya ölkələrində jurnalistlərə qarşı törədilmiş cinayət işlərindən bəhs edilirdi. Jurnalistlərin peşə fəaliyyəti ilə bağlı törədilmiş belə xarakterik cinayətlər bütün ölkələrdə qətiyyətlə pislənilir. Neçə ildir ardıcıl olaraq «Jurnalistlərin dostu» adına layiq görülən Azərbaycan Prezidenti cənab İlham Əliyev də daim jurnalistlərə dəstək verir, onların problemlərinin həlli üçün əlindən gələni edir. Hətta bir müddət əvvəl Vergilər Nazirliyinin istintaq idarəsi tərəfindən saxlanılmış "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Prezident İlham Əliyevin istintaq orqanlarına tapşırıqlarından sonra dərhal həbsdən azad edildi. M.Əliyevin həbsdən azad edilməsi ATƏT və ABŞ Departamenti, həmçinin digər beynəlxalq qurumlar tərəfindən də təqdir edildi, bu addım Azərbaycan Prezidentinin mediaya diqqət və həssas münasibəti kimi qeyd olundu.
Belə bir məqamda jurnalist Asif Mərzilinin peşə fəaliyyəti ilə bağlı mənzilinin və şəxsi avtomobilinin cinayətkarlar tərəfindən benzin tökülərək yandırılması ilə bağlı istintaqın 2 ildir hələ də uzanması məsələsi gündəmə gəlir. Məsələ ilə bağlı jurnalistin özü ilə əlaqə saxladıq. Məlum olduğu kimi, jurnalistə qarşı törədilmiş cinayət hadisəsindən 2 ilə yaxın vaxt ötür. Ən ağır cinayətlərin üstünü isti izlərlə açan Azərbaycan polisi, təbii ki, bu cinayətin də üstünün açılmasını, cinayətin icraçılarının və sifarişçilərinin qanun qarşısında cavab verməsini təmin etməlidir.
Beləliklə, jurnalist Asif Mərzili «Artıq 2 ilə yaxın vaxt ötür, cinayətkarlar cəzalandırılıbmı?», - sualımıza belə cavab verdi:
"Təəssüflər olsun ki, yox, cinayətkarlar, eləcə də bu cinayətin sifarişçiləri hələ də istintaq orqanına təhvil verilməyib, deməli, cəzalandırılmayıb. Bilirsiniz ki, bu cinayət hadisəsindən ölkə rəhbərliyinin və Beynəlxalq qurumların məlumatı var, üstəlik, istintaq işi cənab daxili işlər naziri Ramil Usubovun, Baş prokuror cənab Zakir Qaralovun şəxsi nəzarətindədir. Əməliyyat-istintaq tədbirləri iki ilə yaxındır davam etdirilir. Lakin, əvvəl qeyd etdiyim kimi, hələki cinayətin sifarişçiləri və icraçıları saxlanılmayıb. Bilmirəm niyə? Başqa nə deyim… Ən pisi odur ki, redaksiya əməkdaşları qorxu içindədir, bilmirik ki, iki dəfə bu cür cinayət törətmiş şəxslər 3-cü dəfə hansı cinayəti törədəcəklər. İstintaq birinci cinayəti vaxtında açsaydı, cinayətkarlar və bu cinayətin sifarişçisi həbs edilsəydi, yəqinki 2-ci hadisə də baş verməzdi. Zaman keçir və biz bilmirik ki, 3-cü dəfə bizi hansı daha ağır cinayət hadisəsi gözləyir. Bilirsiniz ki, son ayarımda redaksiyanın iki əməkdaşı-Səxavət Məmmədov və Emin Sabit yolu keçərkən avtomobil tərəfindən vurulmuşdur və hər ikisi dünyasını dəyişmişdir. Onlar daim narahat idilər, bu cinayət işinin istintaqının uzanmasından çox pis olurdular, bu hadisə onlara olduqca pis formada psixoloji təsir edirdi. Güman edirəm ki, onlar elə yolu fikirli, narahat keçərkən də bu hadisələr baş vermişdir. Ona görə də çox hörmətli cənab nazir Ramil Usubova müraciət edirəm: ola bilər nazirə doğru məlumat verilmir, indiyədək barələrində kifayət qədər mötəbər sübutlar təqdim edilmiş şübhəli şəxslərin heç biri zəruri səviyyədə, cinayət hadisəsinin üstünün açılması baxımından, prosessual tələblərə uyğun şəkildə dindirilməyiblər, onlar sərbəst fəaliyyətdədirlər, əksinə, bizə hədə dolu mesmajlar da göndərirlər. Bu, artıq biz jurnalistlərə qarşı yox, istintaq orqanına meydan oxumaqdır. Odur ki, cənab nazir Ramil Usubovdan bir daha xahiş edirəm ki, məlum cinayət hadisəsinin sifarişində şübhəli olan şəxslərin dərhal, qeyd-şərtsiz dindirilməsi üçün istintaq-əməliyyat qurupuna zəruri tapşırıqlar versin. Mən yaxşı xatırlayıram ki, cənab nazir ötən il məni qəbul edəndə bildirdi ki, bu cinayət hadisəsinin üstü tezliklə açılacaq…"

 



Xəbəri paylaş

576 dəfə oxunub.

Digər xəbərlər