Saytımızı qiymətləndirin


 
 

Sorğu: Azərbaycan prezidenti rusiyalıların etimad reytinqində MDB ölkələrinin liderləri arasında ilk üçlükdə yer alıb
Tarix: 05-12-2017 | Saat: 16:13
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

 

Azərbaycan Prezidenti İlham Əliyevrusiyalıların MDB ölkələrinin liderlərinə etimad reytinqində ilk üçlükdə yer alıb.

"Qarabaginfo" "Report"-a istinadən xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, etimad reytinqinə Belarus prezidenti Aleksandr Lukaşenko (62%) başçılıq edir.

Onun ən yaxın rəqibi Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir - 56%.

Azərbaycan Prezidenti İlham Əliyevə rusiyalı respondentlərin 12% güvənir.

Sonrakı sıralarda Serj Sarqsyan (Ermənistan, 11%), İqor Dodon (Moldova, 8%), Qurbanqulu Berdıməhəmmədov (Türkmənistan, 4%), Giorgi Marqvelaşvili (Gürcüstan, 4%), Şavkat Mirziyoyev (Özbəkistan, 3%), Emoməli Rəhmon (Tacikistan, 3%) və Petro Poroşenko (Ukrayna, 1%) qərarlaşıb.

Respondentlərin fikrincə, beynəlxalq arenada Rusiyanın ən etibarlı tərəfdaşı Belarus (64%) və Qazaxıstandır (57%).



Xəbəri paylaş

594 dəfə oxunub.

Digər xəbərlər
19-03-2024, 12:45 Bayram gününün HAVASI