Saytımızı qiymətləndirin


 
 

Nazir: “Əminik ki, İCESCO rəhbərliyi işğaldan azad edilmiş ərazilərdə gördükləri faktlarla bağlı hesabat hazırlayaraq üzv dövlətlərə təqdim edəcək"
Tarix: 14-01-2021 | Saat: 16:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

Nazir: “Əminik ki, İCESCO rəhbərliyi işğaldan azad edilmiş ərazilərdə gördükləri faktlarla bağlı hesabat hazırlayaraq üzv dövlətlərə təqdim edəcək"

"İCESCO nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrə səfərini əlamətdar və tarixi səfər hesab edirik"

Qarabaqinfo.az-in məlumatına görə bunu ADA Universitetində keçirilən mətbuat konfransında Mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, səfər Azərbaycanla İCESCO arasında əlaqənin daha da möhkəmlənməsinə xidmət edir: "Eləcə də işğaldan azad olunmuş torpaqlarda ermənilərin törətdiklərini beynəlxalq aləmə təqdim etmək məqsədi daşıyır. Ermənistanın Azərbaycana qarşı təcavüzü, tarixi-mədəni abidələrimizin dağıdılması hər zaman ICESCO-nun diqqətində olub".

Nazir qeyd edib ki, ən əsası 44 günlük Vətən Müharibəsi zamanı da İCESCO Azərbaycanın yanında olduğunu göstərib: "Nə Azərbaycan hökuməti, nə də Azərbaycan xalqı bu yaxşılığı unutmayacaq".

"Nümayəndə heyəti işğaldan azad olunmuş bölgələrə səfəri zamanı orada olan dağıntıları öz gözləri ilə gördü. Onlar bir daha şahid oldular ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmələrlə yanaşı, mədəni təmizləmələr də həyata keçirilib. Bu hadisələr bir daha göstərir ki, bu, insanlığa qarşı cinayətdir. Biz əminik ki, İCESCO və onun rəhbərliyi bu faktları görəndən sonra bununla bağlı hesabat hazırlayacaq və üzv dövlətlərə təqdim edəcək", - deyə nazir bildirib.



Xəbəri paylaş

281 dəfə oxunub.

Digər xəbərlər