Bakıda yol polisi QƏZA TÖRƏTDİ: ÖLƏN VAR
Tarix: 04-01-2018 | Saat: 18:16
Bölmə:Karusel / Sosial | çapa göndər
790 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-01-2018 | Saat: 18:16
Bölmə:Karusel / Sosial | çapa göndər
Bakıda yol polisi əməkdaşı piyadanı avtomobillə vuraraq öldürüb.
"Qarabaginfo" "Unikal.org"a istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən apa-ya verilən məlumata görə, sosial şəbəkələrdə yeni il ərəfəsində Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində, 10 XX 955 dövlət nömrə nişanlı "Toyota Prado” markalı avtomaşınla, vətəndaşın ölümü ilə nəticələnən avtoqəzanın baş verməsi və qəzanı törədən avtomobilin sürücüsü - polis baş serjantı İbrahimli Nicat Əfqan oğlunun hadisə yerindən qaçaraq gizlənməsi barədə məlumatlar yayılıb. Həmin məlumatda iddia olunur ki, "Toyota Prado”nun sürücüsünün bu əməli, Nərimanov Rayon Polis idarəsi tərəfindən ört-basdır olunur və bu barədə ictimaiyyətə heç bir məlumat verilmir: "Bakı Şəhər Baş Polis İdarəsi olaraq bildirik ki, məlumatlar həqiqətə uyğun deyil. Dekabrın 28-də Bakı şəhəri Nərimanov rayonu F.Xoyski – 99 ünvanında yerləşən "Ruslan” marketin qarşısında Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı İbrahimli Nicat Əfqan oğlu idarə etdiyi 10 XX 955 dövlət nömrə nişanlı "Toyota Prado” markalı avtomaşınla yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü İdrisova Ədilə Tapdıq qızını vurub, sonuncu yolun əks tərəfində hərəkətdə olan Məmmədov Seydi Eldar oğlunun idarə etdiyi "Nissan Sentra” markalı, 90 US 078 dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsinə dəyib, nətcədə piyada Ədilə İdrisova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və hazırda hərtərəfli araşdırmalarla istintaq davam etdirilir".
Xəbəri paylaş
Digər xəbərlər
22-01-2018, 09:53
Bu gün AŞPA-nın qış sessiyası başlayır
30-01-2026, 10:10
Abşeronun prokuroru vəzifəsindən azad olundu
22-09-2025, 15:43
Məzahir Pənahovun oğlu Azərbaycana niyə gəlmir? - “Onu Amerikada tutdura bilərdim”
2-09-2024, 17:20
“Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasını dəstəkləyir”- Samxaradze
6-11-2022, 17:30
Daha bir terrorçu zərərsizləşdirildi
25-07-2020, 20:47
İki erməni hərbçi Azərbaycan sərhədçisinə hücum edib, əlbəyaxa davada əsgərimiz bıçaq yarası alıb - VİDEO
8-12-2025, 11:58
Bakıda 7 min manatlıq moped oğurlanıb
26-07-2022, 00:07
ABŞ Dövlət katibi Nikol Paşinyan ilə telefonla danışıb
10-02-2026, 20:44
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
24-06-2025, 10:16
Gips açıldıqdan sonra şoka düşübmüş - Günxanın ölümü ilə bağlı təfərrüat







" style="width: 670px; height: 340px;">







