Saytımızı qiymətləndirin


 
 

Xameneinin vaksin qadağasına 200 deputat da qoşuldu
Tarix: 11-01-2021 | Saat: 11:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Xameneinin vaksin qadağasına 200 deputat da qoşuldu

 

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin peyvəndlərlə bağlı açıqlamasından sonra 200 millət vəkili hökumətə müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, 286 yerlik İran Parlamentinin iclasında 200 deputat tərəfindən imzalanan sənəddə qərb istehsalı olan vaksinlərin ölkəyə gətirilməsinə rəsmi şəkildə qadağa qoyulması xahiş edilib.

Mətndə qərb peyvənd şirkətləri tərəfindən istehsal edilən dərmanların elmi etibarlılığının olmadığı və ölüm də daxil olmaqla bir çox mənfi təsiri olduğu iddia edilib. 

“İran Parlamenti hökuməti ABŞ, İngiltərə və Fransaya aid şirkətlər tərəfindən istehsal olunan hər hansı bir peyvəndin ölkəyə gətirilməsini qadağan etməyə çağırır ki, vətəndaşların sağlamlığına təhlükə yaradılmasın”,- deyə bildirilib.

Çağırışda İranın gənc alimlərinin “COVID-19” ilə mübarizədə əhəmiyyətli bir rol oynadığı vurğulanıb, yerli peyvənd istehsalının dəstəkləndiyi qeyd edilib. 

Xatırladaq ki, Xamenei bir neçə gün öncə ABŞ və Böyük Britaniya vaksinlərinin ölkəyə gətirilməsinə qadağa qoyulduğunu açıqlamışdı.



Xəbəri paylaş

310 dəfə oxunub.

Digər xəbərlər