Saytımızı qiymətləndirin


 
 

Bayram günü tərxis edilən əsgər itkin düşüb - Foto
Tarix: 07-01-2021 | Saat: 16:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bayram günü tərxis edilən əsgər itkin düşüb

 

Vətən Müharibəsində sürücü kimi iştirak edən Süleymanov Kamal Ceyhun oğlu dekabrın 31-də Abşeron rayonunda yerləşən hərbi hissədən tərxis edildikdən sonra itkin düşüb.

Ailə üzvlərinin verdiyi məlumata görə, 25 yaşlı K.Süleymanov müharibənin ilk günündən səfərbərliyə çağırılaraq Füzuli uğrunda döyüşlərdə iştirak edib.

Daha sonra isə onları Abşeron rayonunda yerləşən hərbi hissəyə gətiriblər. Ailə üzvləri həmin vaxt hərbi hissəyə gedərək Kamalla görüşüblər.

Dekabrın 31-i isə ailənin digər üzvləri ilə danışaraq evə gəlib anasına sürpriz edəcəyini deyib. Buna görə də onu qarşılamağa getməyiblər. Əsgər yoldaşları da onun tərxis olunaraq hərbi hissəni tərk etdiyini təsdiqləyiblər. Həmin gün Kamalın üzərində olan mobil nömrəyə zəng edəndə bir neçə dəfə zəng çalsa da, cavab verən olmayıb, daha sonra isə telefonuna zəng çatmayıb.

Ailə bir neçə gün öncə onun itkin düşməsi ilə bağlı Abşeron rayon Polis Şöbəsinə müraciət edib.

Onu görənlərdən (055) 232 33 53, yaxud (012) 533 64 14 nömrələri əlaqə saxlayaraq məlumat verməsi xahiş olunur.

 

 


 



Xəbəri paylaş

326 dəfə oxunub.

Digər xəbərlər