Saytımızı qiymətləndirin


 
 

Teymur Rəcəbov erməni rəqibinə qalib gəldi
Tarix: 02-01-2021 | Saat: 21:45
Bölmə:Karusel / İdman | çapa göndər

 

Teymur Rəcəbov erməni rəqibinə qalib gəldi
Teymur Rəcəbov

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov finalda ilk görüşünü keçirib.

Qarabaginfo.az xəbər verir ki, 33 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. Azərbaycanlı qrossmeyster bu mərhələdə erməni rəqibi üzərində 2,5, 1,5 hesabı ilə qələbə qazanıb.

Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək.

Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 000 min ABŞ dolları olan yarışın qalibi 60 000 ABŞ dolları qazanacaq.

20:50. 1 Yanvar , 2021

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov növbəti görüşünü keçirib.

Qarabaginfo.az xəbər verir ki, 33 yaşlı qrossmeyster yarımfinalda ikinci dəfə rusiyalı həmkarı Daniil Dubovla üz-üzə gəlib. Azərbaycanlı qrossmeyster bu mərhələdə rusiyalı rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb.

Şahmatçımız Rusiya təmsilçisini ilk qarşılaşmada 3:1 hesabla məğlub edib.

T.Rəcəbov dörddəbir final çərçivəsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşini mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə əldə edib.

Həlledici mərhələdə onun rəqibi fransalı Maksim Vaşe Laqrevə hər iki matçda qalib gələn (3:1, 2:1) Ermənistan şahmatçısı Levon Aronyan olacaq.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

14:02

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün növbəti görüşünü keçirəcək.

Qarabaginfo.az xəbər verir ki, 33 yaşlı qrossmeyster yarımfinalda ikinci dəfə rusiyalı həmkarı Daniil Dubovla üz-üzə gələcək. İlk dueldə rəqibinə 3:1 hesabı ilə qalib gələn Rəcəbovu finala çıxmaq üçün heç-heçə də qane edəcək.

Digər yarımfinal görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla Maksim Vaşye-Laqrav qarşılaşacaq. Aronyan da bu mərhələnin ilk qarşılaşmasında rəqibini eyni hesabla məğlub edib.

Beləliklə, bugünkü nəticələrdən sonra finalda Azərbaycan - Ermənistan dueli baş tuta bilər.

Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 000 min ABŞ dolları olan yarışın qalibi 60 000 ABŞ dolları qazanacaq. (Report.az)



Xəbəri paylaş

371 dəfə oxunub.

Digər xəbərlər
9-09-2020, 14:09 Sabahın hava proqnozu