Paşinyanın istefası tələbi ilə keçirilən aksiyada 70-ə yaxın şəxs saxlanılıb, xəsarət alanlar var
Tarix: 24-12-2020 | Saat: 15:28
Bölmə:Karusel / Region | çapa göndər
418 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-12-2020 | Saat: 15:28
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqdə iştirak edən 69 nəfəri saxlayıb.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə “news.am” Ermənistan polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Səhər saatlarından etibarən aksiya iştirakçıları polisin qanuni tələbinə məhəl qoymayaraq, paytaxt İrəvan şəhərinin mərkəzində yerləşən hökumət evinin girişini bağlayıblar. Belə olan halda isə polis əməkdaşları aksiya iştirakçılarına zor tətbiq edib, xəsarət alanların olduğu bildirilir.
Qeyd edək ki, aksiyanın təşkilatçısı Ermənistanın “Vətənin Xilası Naminə Hərəkatı”dır. APA
Xəbəri paylaş
Digər xəbərlər
2-11-2018, 10:41
Metroda problem yarandı
16-02-2021, 11:06
Bazardüzü zirvəsinin şərqindəki adsız yüksəkliyə “Zəfər zirvəsi” adı verilib - VİDEO
21-02-2026, 11:41
Cənubi Koreya PURL proqramına qoşulma imkanını nəzərdən keçirir
23-10-2024, 17:33
Ədliyyə Nazirliyinin xüsusi rütbəsi olan işçilərinin vəzifə maaşlarının məbləğlərində dəyişiklik təsdiq edilib
2-08-2022, 13:53
Kosovonun şimalında barrikadalar söküldü
12-05-2021, 12:29
Naxçıvana Zəngəzurdan, Şuşaya Əsgərandan keçib getmək vəzifəsi...
22-11-2023, 14:58
Ərdoğan yaxın zamanda Misirə səfər edə bilər



















